Fransa baş prokuroru səud kralının qızını altı ay şərti cəzaya məhkum edib
https://azeri.sahartv.ir/news/dünya-i344118-fransa_baş_prokuroru_səud_kralının_qızını_altı_ay_şərti_cəzaya_məhkum_edib
Fransanın baş prokuroru səud kralının qızını bir fəhləyə qarşı zorakılıq ittihamı ilə altı ay şərti cəzaya və altı min avro nağd cəriməyə məhkum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2019 08:20 Asia/Baku
  • Fransa baş prokuroru səud kralının qızını altı ay şərti cəzaya məhkum edib

Fransanın baş prokuroru səud kralının qızını bir fəhləyə qarşı zorakılıq ittihamı ilə altı ay şərti cəzaya və altı min avro nağd cəriməyə məhkum edib.

Fransa baş prokurorluğu bildirib ki, ərəbistan kralının qızı Hissə bint Salman bin Əbduləzizin mühakiməsi qiyabi şəkildə həyata keçirilibdir.

Ərəbistan kralının qızı Hissənin həbs hökmü "qəsdən zorakılıq tətbiq etməkdə iştirak"a görə, 2017-ci ilin dekabrında çıxarılıbdır.

Hissə 2016-cı ildə öz şəxsi cangünəninə göstəriş veribdir ki, Parisin qərbində, səud xanədanının yaşadığı binadakı bir fəhləni döyərək, təhqir edib, alçaltsın.

Bu fəhlə məhkəmə hakiminə deyibdir ki, o, təqribən on beş dəqiqə çox çətin şəraitdə olub və səud şahzadəsi bu müddətdə öz cangüdəninə deyirmiş ki, o, ölməlidir.

Bu barədə məhkəmə iclası sentyabrın 12-də keçirilməlidir.