Fransada sarı jiletlilərin aksiyası davam edir
İyul 21, 2019 09:09 Asia/Baku
Fransada "sarı jiletlilər" etiraz hərəkatının fəalları və tərəfdarları 36-cı həftə dalbadal aksiya keçiriblər.
Kapitalizm quruluşuna və hökumətin iqtisadi siyasətlərinə etiraz edən Fransa vətəndaşları dünən 36-cı həftə dalbadal küçələrə çıxıblar.
Fransa mediaları xəbər veriblər ki, üç il bundan öncə polis zorakılığının qurbanı olmuş Adama Traore-nin ailəsi "Bomon-syür-Uaz" bələdiyyəsində polis zorakılığına qarşı etiraz aksiyasının keçirilməsini istəyibdir.
Fransada "sarı jiletlilər" etiraz hərəkatı 2018-ci ilin noyabr ayının ortalarından başlanıb. Ona səbəb, hökumətin yanacaq qiymətinin artırılması və varlıların vergilərinin azaldılması barədəki qərarı olubdur.