Rusiya hərbi bazasında partlayış; 2 nəfər ölüb və 15 nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i346005-rusiya_hərbi_bazasında_partlayış_2_nəfər_ölüb_və_15_nəfər_yaralanıb
Rusiya müdafiə nazirliyi bildirib ki, bu ölkənin hərbi bazasında partlayış nəticəsində 2 nəfər ölüb və 15 nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2019 13:14 Asia/Baku
  • Rusiya hərbi bazasında partlayış; 2 nəfər ölüb və 15 nəfər yaralanıb
    Rusiya hərbi bazasında partlayış; 2 nəfər ölüb və 15 nəfər yaralanıb

Rusiya müdafiə nazirliyi bildirib ki, bu ölkənin hərbi bazasında partlayış nəticəsində 2 nəfər ölüb və 15 nəfər də yaralanıbdır.

Rusiya müdafiə nazirliyi bir bəyanat yayaraq bildiribdir ki, bu gün bu ölkənin şimalında yerləşən Arxangelsk məntəqəsinin Nanoska kəndindəki hərbi bazada baş vermiş partlayış maye yanacaqlı raket motorunun sınağı nəticəsində olubdur.

Rusiya müdafiə nazirliyinin bu bəyanatında  radioaktiv şüalanmanın adi həddə olduğu bildiriir və vurğulanır ki, həmin partlayış nəticəsində heç bir maddə və ya zərrəcik havaya yayılmayıbdır.

Parltaıyışın başvermə səbəbi və ölənlərin, həmçinin bədən xəsarəti alanların dəqiq sayı araşdırılır.

İki gün bundan öncə də Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk hərbi obyektinin sursat anbarında partlayış və yanğın baş vermiş, nəticədə bir nəfər ölmüş, səkkiz nəfər də yaralanmışdı.