Avq 09, 2019 11:11 Asia/Baku
  • İNSTEKS sədri istefa verib

Almaniyanın Bild qəzeti İran-Avropa maliyyə mexanizminin sədri Bernd Erbelin istefasından xəbər veribdir.

Bu alman qəzet dünən gecə bir reportajda yazıb ki, Bernd Erbelin istefası onun bir radio ilə dialoqunun ifşasından sonra baş veribdir.

Deyilənlərə görə, Bernd Erbel bu radio müsahibəsində xolokost, həmçinin sionist rejim və fələstinlilər barədəki məsələlərdən danışıbdır.

Bild-in yazdığına görə, Erbel bu söhbətdə nüvə anlaşmasını sionist rejimin istəklərinin əksinə olaraq, Almaniyanın qərarı adlandırıb və sionist rejimi "digər bir xalqın, yəni fələstinlilərin vətəninin itirilməsi hesabına təşkil olunmuş bir rejim" adlandırıbdır.

İxtisar şəkildə İNSTEKS adlandırılan İran-Avropa ticarət mübadilələrini himayə vasitəsi xüsusi bir mexanizm olaraq, 2019-cu ilin yanvarında Almaniya, İngiltərə və Fransa tərəfindən İranla qeyri-dollar ticarətini asanlaşdırmaq məqsədilə yaradılıbdır.

İNSTEKS-in qərargahı Fransanın Paris şəhərində yerləşir. Ona indiyədək Almaniyadan olan Pyer Fişer sədrlik edibdir. O, Almaniyanın "Kumerts Bank"ının keçmiş müdirlərindən olubdur.

Teqlər