Sen 01, 2019 14:59 Asia/Baku
  • Avropa Makronun layihəsinə dəstək verib

Avropalı rəsmilər Fransanın Amerikanın İrana qarşı sanksiyalarının təzyiqini azaltmaq üzrə təşəbbüsünü himayə ediblər.

"Uol Strit Cournal" qəzeti Avropa paytaxtlarındakı mənbələrinə istinadla bu xəbəri verərək, yazıb: Avropalı rəsmilər belə bir halda, Trampın etimad və prqonoz edilməz olmasından nigarandırlar.

"Uol Strit Cournal"ın işarə etdiyi layihəni Emmanuel Makron Fransanın Biarrits şəhərində- 7-lər qrupunun sammitinin kənarında Donald Trampla müzakirələrində təqdim etdi.

"Uol Strit Cournal" anti-İran ifratçı cərəyanın Makronun layihəsi ilə müxalif olmasına işarə edərək, xəbər verib: Avropalı rəsmilər bu layihəyə dəstək istiqamətində Trampın Vaşinqtondakı bəzi müşavirləri, eləcə də Amerika ilə İran arasındakı gərginliyin azalması ilə müxalif olan regional müttəfiqlərinin təzyiqləri altındadırlar.

İran İslam Respublikası Amerika ilə müzakirə üzrə hər cür addımı sanksiyaların ləğvi ilə şərtləndiribdir.

Teqlər