Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası işə başlayıb
Sen 24, 2019 12:59 Asia/Baku
Müxtəlif ölkələrin siyasi liderləri bu gün çərşənbə axşamı günündən etibarən, çıxış etmək üçün BMT Baş Assambleyasında iştirak edəcəklər.
Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Tsin Pin bu il BMT Baş Assambleyasının sessiyasına qatılmayacaqlar.
Beləliklə dünya ölkəlrindən 196 nümayəndə bu sessiyada çıxış edəcək.
BMT-nin açıqlamasına görə, Braziliya prezidenti ilk olaraq yerli vaxtla, çərşənbə axşamı səhər çıxış edəcək. Onun ardınca ev sahibi kimi ABŞ prezidenti Donald Tramp natiqliq edəcək.
İran prezidenti Həsən Ruhani BMT Baş Məclisinin sessiyasında iştirak etmək üçün bazar ertəsi gecə Nyu-Yorka daxil olub.