Moqerini Türkiyənin Suriyanın şimalına qarşı hücumu haqda xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i350107-moqerini_türkiyənin_suriyanın_şimalına_qarşı_hücumu_haqda_xəbərdarlıq_edib
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xəbərdarlıq edib ki, Türkiyənin Suriyanın şimalına qarşı hücumu bu ölkə böhranının həlli istiqamətindəki siyasi səyləri təhlükəyə sala bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2019 05:47 Asia/Baku
  • Moqerini Türkiyənin Suriyanın şimalına qarşı hücumu haqda xəbərdarlıq edib
    Moqerini Türkiyənin Suriyanın şimalına qarşı hücumu haqda xəbərdarlıq edib

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xəbərdarlıq edib ki, Türkiyənin Suriyanın şimalına qarşı hücumu bu ölkə böhranının həlli istiqamətindəki siyasi səyləri təhlükəyə sala bilər.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bir tvitter mesajında yazıb: Suriyanın şimal-şərqindəki hərbi hərəkət İŞİD terror qrupuna qarşı beynəlxalq koalisiyanın cari səylərini zəiflədir və BMT-nin nəzarəti altında olan bu ölkə böhranının həlli istiqamətindəki siyasi səyləri təhlükəyə salır.

Beynəlxalq xəbərdarlıqlara baxmayaraq, suriyalı mənbələr dünən gecə Türkiyənin ordu qüvvələrinin Suriyanın sərhəd Həsəkə vilayətinin şimal-şərqində yerləşən "Təl Əltəvil" bölgəsinə qarşı hücumundan xəbər veriblər.