Avropa Parlamenti miqrantların xilası əməliyyatlarının artmasına qarşı çıxıb
https://azeri.sahartv.ir/news/dünya-i351252-avropa_parlamenti_miqrantların_xilası_əməliyyatlarının_artmasına_qarşı_çıxıb
AP-nin nümayəndələri Aralıq dənizində miqrantların xilası və axtarışı əməliyyatlarının artırılması layihəsinin əleyhinə səs veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2019 05:16 Asia/Baku
  • Avropa Parlamenti miqrantların xilası əməliyyatlarının artmasına qarşı çıxıb

AP-nin nümayəndələri Aralıq dənizində miqrantların xilası və axtarışı əməliyyatlarının artırılması layihəsinin əleyhinə səs veriblər.

Upalsi portalının verdiyi məlumata görə, bu layihə qəbul olunsaydı Avropa Parlamenti Avropa Birliyinə üzv ölkələri Aralıq dənizində miqrantların xilası əməliyyatlarının artırılması üçün əlavə büdcə nəzərdə turmağa çağıracaqdılar amma səs çoxluğu ilə bu layihə rədd edilib. 

Son illərdə Aralıq dənizində boğulan miqranların sayının artmasına baxmayaraq Avropa ölkələrinin miqrntların axtarışı və xilası üzrə əməliyyatlara ayırdıqları vəsayit azalıb və miqrantlara münasibət də sərtləşib. 

Birləşmiş Millətlər Təşkilatının verdiyi hesabata görə, 2014-cü ildən bəri Aralıq dənizində 18 min miqrant həlak olub.