Van İ Honq-Konq seçkilərinin nəticəsinə reaksiya verib
Çin xarici işlər naziri Honq-Konq yerli seçkilərinin nəticəsinə reaksiya verib.
Çin xarici işlər naziri bu gün bildirib: Honq-Konq seçkilərinin nəticəsi hər nə olursa-olsun, bu bölgə Çin hakimiyyətinin bir hissəsidir və heç bir ölkənin ona müdaxilə haqqı yoxdur.
Van İ əlavə edib: Honq-Konq Çinin ayrılmaz bir hissəsidir və hər cür separatçı cəhd sındırılacaqdır.
Honq-Konqun yerli mediaları bildiriblər ki, yerli seçkilərin ilkin nəticələrinin elan olunduğu 241 dairədən 201 yer müxaliflərin namizədlərinə çatıb. Çinin tərəfdarı olan nümayəndələr təkcə 28 yer əldə ediblər.
Səsvermə şəraitinə malik olan əhalinin 71 faizi, başqa sözlə, iki milyon 900 min nəfər səs verib. Bu rəqəm 2015-ci il seçkilərində 47 faiz idi.
Honq-Konqun 7 milyon nəfərlik əhalisindən təqribən dörd milyon nəfər seçkilərdə səs vermək üçün qeydiyyatdan keçmişdi.
Honq-Konqda regional şuralar üzrə seçkilər dünən səhər başlanıb və Honq-Konqda Karri Lam hökumətinə dəstək istiqamətində mühüm bir tədbir sayılır.
Honq-Konqda regional şuralar üzrə seçkilər dörd ildən bir keçirilir.
Bu seçkilərin keçirilməsi elə bir haldadır ki, Honq-Konq əhalisindən minlərlə nəfər ötən beş aydan çox bir müddətdə cinayətkarların Honq-Konqdan Çinə ekstradisiya edilmələri üzrə qalmaqallı layihəyə etiraz olaraq aksiyaların keçirilməsinin şahididir.
Honq-Konq 1842-ci ildən 1997-ci ilədək İngiltərənin hökmranlığı altında olsa da 1997-ci ildə Çinə qatıldı.