Ankara Türkiyəyə qarşı hərhansı sanksiyaya görə Amerikaya xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i353804-ankara_türkiyəyə_qarşı_hərhansı_sanksiyaya_görə_amerikaya_xəbərdarlıq_edib
Türkiyənin XİN başçısı deyib: Ankara Amerikanın Türkiyəyə qarşı hərhansı sanksiyasının əvəzini çıxacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2019 16:32 Asia/Baku
  • Ankara Türkiyəyə qarşı hərhansı sanksiyaya görə Amerikaya xəbərdarlıq edib

Türkiyənin XİN başçısı deyib: Ankara Amerikanın Türkiyəyə qarşı hərhansı sanksiyasının əvəzini çıxacaq.

Röytersin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu bu gün Vaşinqtonun sanksiyalarının Türkiyə-ABŞ əlaqələrinə mənvi təsirlərini xatırladaraq deyib: Amerikanın Suriyanın şimalında YPG adlanan yaraqlılara dəstək verməsi terrorizmə maliyyə dəstək deməkdir. 

Türkiyənin xarici işlər naziri İncerlik və Kürəcik hərbi bazalarının fəaliyyətinin dayandırılması barədə Amerikaya xəbərdarlıq edərək deyib: Amerika Ankaraya qarşı təzyiqlərin nəticəsiz qalacağını başa düşməlidir. 

ABŞ konqresinin nümayəndələri Türkiyənin Rusiyadan S-400 raket sistemi aldığına görə bu ölkəyə sanksiyaların tətbiq olunmasına dayir layihəni qəbul etmək istəyirlər.