Amerika iki qadağan olunmuş raketi sınaqdan keçirməyə hazırlaşır
https://azeri.sahartv.ir/news/dünya-i354142-amerika_iki_qadağan_olunmuş_raketi_sınaqdan_keçirməyə_hazırlaşır
Rusiya ordusunun komandanlarından birinin sözlərinə görə, Amerika qadağalara rəğmən, tezliklə orta mənzilli raketləri sınaqdan keçirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2019 08:42 Asia/Baku
  • Amerika iki qadağan olunmuş raketi sınaqdan keçirməyə hazırlaşır
    Amerika iki qadağan olunmuş raketi sınaqdan keçirməyə hazırlaşır

Rusiya ordusunun komandanlarından birinin sözlərinə görə, Amerika qadağalara rəğmən, tezliklə orta mənzilli raketləri sınaqdan keçirəcək.

Rusiya strateji raket qüvvələrinin komandanı Sergey Karakov deyib ki, Amerika 2019-cu il başa çatmazdan öncə min kilometrdən çox mənzilə malik olan bir ədəd Kruz raketini və bu tipdən və 3000 kilometrdən çox mənzilə malik olan digər bir raketi sınaqdan keçirmək niyyətindədir.

ABŞ-ın müdafiə nazirliyi- Pentaqon ötən həftənin cümə axşamı günü bildirdi ki, bir ədəd yeni orta mənzilli ballistik raketi Kaliforniya ştatının sahillərində uğurla sınaqdan keçirib.

Bu, Amerikanın cari ilin avqust ayında orta mənzilli nüvə qüvvələri müqaviləsindən çıxmasından sonra ikinci raket atışıdır.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Amerikanın ballistik raket atışı barədə deyib: Amerika bir daha açıq şəkildə göstərdi ki, orta mənzilli nüvə qüvvələri müqaviləsi Vaşinqtonun təşəbbüsü ilə ləğv edilib.

Amerikanın yer və orta mənzilli bu raketi sınaqdan çıxarmaq üzrə hərəkəti orta mənzilli nüvə qüvvələri müqaviləsi çərçivəsində qadağan idi.

1987-ci ildə ABŞ və SSRİ-nin ozamankı başçıları tərəfindən imzalanan ikitərəfli orta mənzilli nüvə qüvvələri müqaviləsi dünyada nüvə silahlarına nəzarət sahəsində əsas rol oynayırdı.

Bu müqaviləyə əsasən, qısa və orta mənzilli bütün nüvə və qeyri-nüvə raketlərinin inkişaf etdirilib, işlədilməsi dəniz raketləri çıxılmaq şərti ilə qadağan idi.