Dek 17, 2019 12:29 Asia/Baku
  • Çin və Rusiya Ş.Koreyaya qarşı sanksiyaların ləğvini istəyiblər
    Çin və Rusiya Ş.Koreyaya qarşı sanksiyaların ləğvini istəyiblər

Çin və Rusiya Şimali Koreya xalqının məişətini gücləndirmək məqsədilə qida və parça ixracatı sahələrində bu ölkəyə qarşı sanksiyaların götürülməsi barədə qətnamə layihəsini BMT-yə təqdim ediblər.

Çin və Rusiyanın qətnamə layihəsi istəyir ki, Şimali Koreya xalqının bu ölkə xaricində işləməsinə qarşı qadağa götürülsün və Şimali Koreyanın bütün fəhlələrinin öz ölkələrinə geri dönmələrinin icbariliyi gələn həftə ləğv olunsun.

Qətnamə layihəsi həmçinin təklif edir ki, iki Koreyanın şose və dəmir yolları sahələrindəki həmkarlıqları sanksiyalardan azad olsun və birbaşa şəkildə bu ölkə xalqının məişətini hədəfə almış BMT Təhlükəsizlik Şurasının bundan öncə gördüyü bütün tədbirlər ləğv olunsun.

Son illər Amerika Şimali Koreya ilə əlaqələrindəki problemlərlə dolu prosesdə daima BMT-nin Təhlükəsizlik Şurasından bu ölkəyə təzyiq göstərmək üçün bir vasitə kimi istifadə edib. Raket sınaqları və insan haqlarının pozulması bəhanələrilə Pxenyana qarşı çox sayda qətnamənin qəbul olunması onun təzahürlərinin təkcə bir hissəsi olubdur.

 

 

Teqlər