Dek 23, 2019 13:21 Asia/Baku
  • Əfqanıstanda seçkilərin nəticələri tənqid edilib
    Əfqanıstanda seçkilərin nəticələri tənqid edilib

Əfqanıstan "Təhlükəsizlik və Ədalət" seçki qərargahının rəhbəri prezident seçkilərinin ilkin nəticələrinin elan edilməsindən sonra bu nəticələri demokratiyaya qarşı çevriliş adlandırıb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Rəhmətullah Nəbil deyib: Əfqanıstanda prezident seçkilərinin ilkin nəticələri demokratiya qarşısında çevrilişdir və "Təhlükəsizlik və Ədalət" seçki qərargahı onunla razılaşmır. 

O deyib: Əfqanıstanın Seçki Komissiyası tərəfsizlik prinsipinə və hüquqi normalara etinasız qalaraq ilkin nəticələri tərəf saxlamaqla elan edib. 

"Təhlükəsizlik və Ədalət" seçki qərargahının rəhbəri Əşrəf Qəninin başçılıq etdiyi " Dövlətçilik" seçkli qərargahı barədə deyib: Onlar Seçki Komissiyasının fəaliyyətinə müdaxilə ediblər və seçki prossesini qanuni istiqamətindən yayındırıblar.

O Əfqanıstanın seçki şikayətlərinə baxılması üzrə komissiyasından tam tərəfsiz mövqe tutaraq ağ səsləri şübhəli səslərdən ayırmasını və mütəşəkkil saxtakarlığın amillərini hüquq mühafizə orqanlarına təqdim etməsini istəyib. 

Abdullah Abdullahın başçılıq etdiyi "Sabitlik və İnteqrasiya" seçki qərargahı da bildirib ki, Əfqanıstan Seçki Komissiyası tərəfindən elan edilmiş nəticələr saxta və qeyri-qanunidir. 

Məhəmməd Əşrəf Qəninin başçılıq etdiyi "Dövlətçilik" seçki qərargahı isə seçkilərin ilkin nəticələrini müsbət qiymətləndirib və tərəfləri seçkinin nəticələrini tanımağa çağırıb.

Əfqanıstan Seçki Komissiyası dünən bildirdi ki, prezident seçkilərinin ilkin nəticələrinə görə, Əşrəf Qəni səslərin 50.64 faizini qazanaraq birinci, Abdullah Abdullah 40 faizlə ikinci yerləri tuturlar. 

Əfqanıstanda prezident seçkilərində qeydiyyata alınan 9 milyon 600 min seçicidən sadəcə 1 milyon 800 min nəfər 28 sentyabr seçkilərində iştirak edib. 

Teqlər