Rusiya general Soleymaninin terror edilməsini pisləyib
-
Rusiya general Soleymaninin terror edilməsini pisləyib
Rusiya Xarici İşlər Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin şəhid edilməsini pisləyərək, bu münasibətlə İran xalqına başsağlığı veribdir.
Rusiya Xarici İşlər Nazirliyi bu gün bir bəyanatda bildiribdir ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani sədaqətlə İranın milli maraqları yolunda səy göstərdi.
Bundan əlavə, Rusiya Dumasının xarici işlər komitəsinin sədri Konstantin Kosaçev bu gün ABŞ qüvvələrinin Bağdadda general Soleymanini terror etmək üzrə cinayətkarcasına hərəkətinə reaksiyada bildirib ki, İranın reaksiyası və amerikalılara cavabı çox çəkməyəcəkdir.
General-leytenant pasdar Qasem Soleymani bu gün səhər tezdən təcavüzkar və terrorçu amerikan qüvvələrin hava hücumunda İraqın Bağdad şəhərinin beynəlxalq hava limanının yaxınlığında şəhid edilibdir.