Əfqanıstan xalqı amerikalı hərbçilərin bu ölkəni tərk etmələrini istəyir
https://azeri.sahartv.ir/news/dünya-i356598-Əfqanıstan_xalqı_amerikalı_hərbçilərin_bu_ölkəni_tərk_etmələrini_istəyir
Əfqanıstan prezidenti bildirib ki, bu ölkə xalqı amerikalı hərbçilərin Əfqanıstandan çıxmalarını istəyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2020 19:32 Asia/Baku
  • Əfqanıstan xalqı amerikalı hərbçilərin bu ölkəni tərk etmələrini istəyir

Əfqanıstan prezidenti bildirib ki, bu ölkə xalqı amerikalı hərbçilərin Əfqanıstandan çıxmalarını istəyir.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Əfqanıstan Prezident Aparatının Mətbuat Xidməti bu gün bir bəyanat yayaraq bu ölkə prezidenti Əşrəf Qəniyə istinadən bildirib ki, Əfqanıstan xalqı amerikan hərbçilərin bu ölkəni tərk etməsini istəyir. 

Bundan öncə də Əfqanıstan rəhbərləri və xalqı dəfələrlə Amerikanın başçılığı ilə bu ölkədə fəaliyyət göstərən əcnəbi hərbçilərin çıxarılmalarını tələb etmişlər. 

Amerika və onun müttəfiqləri 2001-ci ildə terrorizm ilə mübarizə bəhanəsi ilə Əfqanıstana hücum etdi, amma o tarixdən bu günədək bu ölkədə nəinki terrorizm problemi öz həllini tapmayım, üstəlik narkotik qaçaqmalçılığıda artıb.