BMT-dən ABŞ rəsmilərinə xəbərdarlıq; səudların haker hücumundan ehtiyatlı olun!
Yan 25, 2020 06:40 Asia/Baku
-
BMT-dən ABŞ rəsmilərinə xəbərdarlıq; səudların haker hücumundan ehtiyatlı olun!
BMT-nin məruzəçisi ABŞ rəsmilərinə xüsusilə prezident Donald Trampın kürəkəninə Səudiyyə rejimi tərəfindən hak olunmaları barədə xəbərdarlıq edib.
Teleqraf qəzetinin yazdığına görə, BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard cümə günü yanvarın 24-də Səudiyyə rəsmilərilə dərin dostluğu olan ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə bir xəbərdarlıq mesajı göndərib. Bu mesajda onu Səudiyyə şahzadəsi Məhəmməd Bin Salmanın fərmanı ilə hak olunması riskinin olduğuna görə, dərhal mobil telefonunu dəyişdirməyə çağırıb.
A.Kallamard bu xəbərdarlıq mesajını Amazon şirkətinin sahibi Ceff Bezosun mobil telefonunun WhatsApp mesencerində Bin Salmana aid bir hesab vasitəsilə hak olunması xəbərinin yayılmasından sonra göndərib.
Teqlər