Avropa Tələbələrinin İslami Cəmiyyətləri Birliyi Amerikanın anti-İran sanksiyalarını qınayıb
Avropa Tələbələrinin İslami Cəmiyyətləri Birliyi Amerikanın İrana qarşı sanksiya siyasəti və Ağ evin İran əleyhinə iqtisadi terrrorizmini pisləyib.
İRİB-in verdiyi məlumata görə, bu birlik bu gün Vyanada İmam Əli(ə) İslami Mərkəzdə öz iki günlük iclasının sonunda bildirib: İslami Cəmiyyətlər Birliyi Amerikanın İran İslam Respublikasına qarşı sanksiya və iqtisadi terrorizmini pisləyərək İranın qəhrəman xalqının səbr və müqavimətini yüksək qiymətləndirir.
Bu birliyin bəyanatında Amerikanın cinayətkar terrorçu dövlət olduğu, İsrailin başçılıq etdiyi beynəlxalq terrorizmə dəstək verdiyi bildirilib.
Bəyanatda deyilir: İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin dahiyanə olaraq həqiqətlərə aydınlıq gətirməsi və SEPAH-ın Qüds Qüvvələrinin şəhid komandanı General Qasim Süleymaninin igidlikləri sayəsində bu gün İraq xalqı bütöv şəkildə amerikan hərbçilərin bu ölkədən çıxmalarını tələb edir.