ABŞ müdafiə naziri Əfqanıstanda qəzaya uğramış təyyarə haqda məlumat verməkdən çəkinib
Yan 28, 2020 12:45 Asia/Baku
-
ABŞ müdafiə naziri Əfqanıstanda qəzaya uğramış təyyarə haqda məlumat verməkdən çəkinib
ABŞ müdafiə naziri bu ölkənin Əfqanıstanda vurulmuş təyyarəsi haqda məlumat vermək və mövqe tutmaqdan çəkinib.
Mark Esper bu ölkənin Əfqanıstanda vurulmuş təyyarəsi haqda detallara keçmədən bildirib ki, məsələdən xəbəri var, amma hazırda bu barədə artıq söz deyə bilməz.
Esper əlavə edib: Amerikanın müdafiə nazirliyi- Pentaqon məlumat toplamaqdadır və ondan sonra bu məlumatları medialara çıxaracaqdır.
Pentaqon rəsmiləri də indiyədək Əfqanıstanda amerikan hərbi təyyarənin vurulması barədə düzgün informasiya verməyiblər.
Taliban qrupunun sözçüsü Zəbiullah Mucahid bir açıqlamada bildirmişdi ki, vurulmuş təyyarə amerikalı qüvvələri daşıyırmış və Qəzney səmasında vurulmazdan öncə casusluq tapşırığını yerinə yetirirmiş.