Yan 29, 2020 16:46 Asia/Baku
  • Avropa “əsrin sövdələşməsi”nə soyuq yanaşdı
    Avropa “əsrin sövdələşməsi”nə soyuq yanaşdı

ABŞ prezidentinin Fələstin-sionist rejim münaqişəsi barədə “əsrin sövdələşməsi” adlı iddia edilən sülh planını təqdim etməsindən sonra Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi bildirib ki, bu birlik Trampın planını öz meyarları əsasında araşdırıb, dəyərləndirəcək.

Jozep Borrel dünən gecə ABŞ prezidentinin “əsrin sövdələşməsi” adlı iddia edilən sülh planını təqdim etməsinə reaksiyada verdiyi bir açıqlamada Avropa Birliyinin bu layihə qarşısındakı meyarlarını, bütün beynəlxalq razılaşmalara və BMT qətnamələrinə hörmət, Fələstin xalqının amallarının nəzərdə tutulması ilə Fələstin ölkəsinin təşkili üzrə həll yoluna nailolma barədə güclü öhdəliyi sadalayıbdır.

Borrel döyüşlərə son qoymaq üçün yeganə real həll yolunu Fələstin ölkəsinin təşkili barədə öhdəlik adlandırıb.

Rusiyanın xarici işlər nazirliyi də bildiribdir ki, “əsrin sövdələşməsi”ni araşdıracaq, amma fələstinlilərin və ərəb ölkələrinin bu plan barədəki mövqeləri daha mühümdür.

İngiltərənin xarici işlər naziri Dominik Raab da dünən axşamçağı Donald Trampın “əsrin sövdələşməsi” adlı iddia olunan sülhünə soyuq yanaşıb və Fələstinin və sionist rejimin başçılarından istəyibdir ki, bu planı onun təbirincə desək, “ədalətli və real” araşdırsınlar.

Fransanın xarici işlər nazirliyi də “Amerikanın Fələstin münaqişəsinin həlli üzrə səyləri” adlandırdığı məsələni alqışlayıb. Nazirlik eyni zamanda bildiriibdir ki, bu barədə öz avropalı şəriklərilə işləyəcək.

Bəzi ekspertlər bu qənaətdədirlər ki, avropalıların “əsrin sövdələşməsi” planı qarşısındakı soyuq münasibəti ondan qaynaqlanır ki, Vaşinqton və Təl-Əviv öz avropalı müttəfiqlərini bu sənədin tənzim edilməsinə cəlb etməyiblər.

 

 

Teqlər