Pekin Çinə səfər xəbərdarlığı haqda ABŞ-ı tənqid edib
Çin xarici işlər nazirliyinin sözçüsü koronavirusa yoluxmanın qarşısını almaq üçün Pekinə səfər xəbərdarlığına görə, Amerikanı tənqid edib.
Hua Tsyun İnq bu gün Pekində verdiyi bir müsahibədə deyib: Amerikanın Çindəki vətəndaşları üçün səfər xəbərdarlıqları nəzərdə tutması Ümumdünya Səhiyyə Təşkilatının tədbir və tövsiyələri ilə tamamilə təzad təşkil edir.
Çin xarici işlər nazirliyinin sözçüsü əlavə edib: Ümumdünya Səhiyyə Təşkilatı Çinə səfər üçün heç bir xəbərdarlıq verməyib və Amerikanın belə bir hərəkət üçün elanı tamamilə düşünülməmiş bir hərəkət olaraq, xoşməramlılıq əlaməti hesab olunmur.
Hua Tsyun İnq deyib ki, Çin bu virusun məhv edilməsi üçün öz səyi və müqavimətini davam etdirəcək.
Çinin Hubi əyalətində yerləşən Vuhan şəhəri bu virusun yayıldığı mərkəzdir və koronavirusa yoluxanların əksər hissəsi oradadır.
Koronavirus 2019-cu ilin sonlarında Çinin şərqində yerləşən Vuhan şəhərindəki dəniz qidaları bazarında müşahidə olundu. Orada qanunsuz şəkildə vəhşi heyvanlar satılır. Bu virus indiyədək 259 nəfərin ölümünə səbəb olub. Həmçinin bu virusa yoluxanların sayı təqribən on iki min nəfərə çatıbdır.