Şotlandiyalı etirazçılar Consona qarşı aksiya keçiriblər
-
Şotlandiyalı etirazçılar Consona qarşı aksiya keçiriblər
Breksitin icra olunmasından və İngiltərənin rəsmən Avropa Birliyindən çıxmasından sonra bu ölkənin baş nazirinə qarşı Şotlandiyada aksiya keçirilib.
"Şotlandiya üçün ayağa qalxın!" adlı istiqlaliyyətə dəstək qrupunun üzvləri bu gün Edinburq şəhərində İngiltərənin baş naziri Boris Consona qarşı aksiya keçiriblər.
İngiltərənin Avropa Birliyindən rəsmən çıxmasının rəsmən elan olunmasından az öncə də bütün Şotlandiyada aksiyalar keçirildi və onda aksiyaçılar İngiltərədən ayrılmağı istədilər.
Avropa Parlamentinin qərarına görə, İngiltərə yanvarın 31-də 47 il üzvlükdən sonra rəsmi şəkildə Avropa Birliyindən çıxdı.
İngiltərənin baş naziri Boris Conson bu tarixi hadisə münasibətilə yeni fəslin başlanması vədini verdi və "yeni bir dövrün şəfəqi"nə "xoş gəldin!" dedi.
Eyni zamanda, xüsus mərasimlə İngiltərənin bayrağı Avropa Birliyinin qərargahından və bu orqana aid olan bir neçə digər binadan götürüldü, yerinə isə birliyin bayrağı sancıldı.