Fransada "sarı jiletlilər"-in etirazları davam edir
https://azeri.sahartv.ir/news/dünya-i357007-fransada_sarı_jiletlilər_in_etirazları_davam_edir
"Sarı jiletlilər" hərəkatını dəstəkləyən minlərlə fransalı ölkənin bir neçə şəhərində geniş aksiya keçirərək 64-cü həftə olaraq hökumətin siyasətlərinə qarşı öz etirazını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2020 04:43 Asia/Baku
  • Fransada
    Fransada "sarı jiletlilər"-in etirazları davam edir

"Sarı jiletlilər" hərəkatını dəstəkləyən minlərlə fransalı ölkənin bir neçə şəhərində geniş aksiya keçirərək 64-cü həftə olaraq hökumətin siyasətlərinə qarşı öz etirazını bildirib.

FranPressin verdiyi məlumata görə, bu həftə fransalıların etiraz aksiyaları daha çox Montpellier şəhərinə təmərküzləşmişdir. Mediyalar bu aksiyada minlərlə insanın iştirakından xəbər veriblər. 

Sosial şəbəkələrdə yayılan videolara görə, Fransa paytaxtı Parisdə də etirazçılar gözəçarpacaq iştiraka malik olublar. 

Montpellier şəhərində polis aksiiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və su səpən maşınlardan istifadə etməli olub. 

"Sarı jiletlilər" adı ilə tanınan hərəkat 2018-ci il noyabrın 17-dən başlayaraq hər həftə Fransanın müxtəlif şəhərlərində aksiyalar keçirir.