İŞİD London aktının məsuliyyətini öz üzərinə götürüb
-
İŞİD London aktının məsuliyyətini öz üzərinə götürüb
Terrorçu İŞİD qrupu dünən Londonda soyuq silahla edilən hücumun məsuliyyətini öz üzərinə götürüb.
SkyNeyusun verdiyi məlumata görə, İŞİD bildirib ki, dünən Londonun cənubunda Stritham ərazisində bıcaqla bir neçə nəfərə edilən hücum bu terrorçu qrupun üzvlərindən biri tərəfindən törədilib.
İŞİD-ə aid olan Əmaq xəbər agentliyinin yaydığı bəyanatda iddia edilir ki, Sudeş Aman adlı bir şəxs bu qrup tərəfindən bu hərəkətə əl atıb.
Qeyd edək ki, dünən Londonun cənubunda 20 yaşlı bir gənc küçədə küt alətlə bir neçə nəfərə hücum edib və bunu görən xəfiyyə polisi onun üzərinə atəş açaraq onu öldürüb.
Bu kimi hücumların sonuncu nümunəsi 2019-cu il dekabrda baş verdi. Həmin hücumda bir şəxs Britaniyanın cənubunda Kravli Doun ərazisində bir binaya girərək, bıçaqla bir nəfərə ağır xəsarət yetirdi və sonra küçəyə çıxaraq iki qadını qətlə yetirdi.
İŞİD LONDON HÜCUMUNUN MƏSULİYYƏTİNİ ÖZ ÜZƏRİNƏ GÖTÜRÜB