Borrel Avropanın nüvə anlaşması qarşısındakı zəif rəftarını tənqid edib
-
Borrel Avropanın nüvə anlaşması qarşısındakı zəif rəftarını tənqid edib
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Avropanın nüvə anlaşması qarşısındakı zəif rəftarını tənqid edib.
Cozep Borrel dünən Münhen təhlükəsizlik konfransında deyib: Öz nüvə anlaşması öhdəliklərimizin icrasında uğur qazanmamışıq və “İNSTEKS” maliyyə mexanizmi də indiyədək nəticə verməyibdir.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi qeyd edib ki, Avropanın nöqteyi-nəzərincə, nüvə anlaşması bitməyibdir.
Borrelin sözlərinə görə, Avropa Birliyinin üzvləri beynəxalq böhranlara qarışmaq üçün daha çox iradəyə malik olmalı, ya da ki, öz xarici siyasətlərinin iflic olması təhlükəsi ilə üzləşməlidirlər.
Borrel Avropanın Vaşinqton ilə olan bəzi fikir ayrılıqlarına da toxunub. O, söyləyib: Amerika prezidenti Donald Trramp sabiq prezident Barak Obamanın imzaladığı nüvə anlaşmasına son qoyulmasını istəyirdi.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi sonra deyib: Həmçinin Amerika İrana qarşı maksimum təzyiq siyasətinin tətbiq edilməsini istədi, amma Avropa bu cür hesablama və qənaətə gəlməməlidir.
Cozep Borrel Avropanın Amerikadan olan asılılıqlarına da işarə edib.
İran İslam Respublikası ABŞ-ın əhdi pozmasına, həmçinin avropalı tərəflərin nüvə anlaşması qarşısındakı öhdəliklərini yerinə yetirə bilməmələrinə bir il dözdükdən sonra 2019-cu il mayın 8-də bu anlaşmadakı öhdəliklərini mərhələli şəkildə azaltmağa başladı.