Bayden Trampın koronavirusla mübarizədəki zəif fəaliyyətini tənqid edib
ABŞ prezident seçkilərində demokrat partiyasının daxili rəqabətlərində öndə gedən namizəd bu ölkənin prezidenti Donald Trampa xitabən tövsiyə edib ki, danışmazdan qabaq amerikalı alimləri dinləsin.
Co Bayden dünən NBC telekanalı ilə müsahibədə bildirib ki, Tramp koronavirusla mübarizədəki zəif fəaliyyətinə görə cavab verməlidir.
O, sonra deyib: Sürətlə həyata keçirilməli olan işlərdə acizlik və uğursuzluq davam etdirilə bilinməz məsələlərdir.
ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi də dünən Trampın koronavirusla mübarizədəki zəif fəaliyyətini tənqid edib. O, deyib: Koronavirusun bu pandemiyanın əvvəlində Tramp tərəfindən inkar olunması amerikalıların həyatları bahasına başa gəldi.
Pelosi deyib ki, koronavirusun diaqnozu üzrə sınaq hələ Amerikada yetərincə qədər həyata keçirilmir. O, bildirib ki, Trampın bu virusa məruz qalmış bölgələrə tibbi avadanlıqların göndərilməsindəki ölümcül yubanmaları davam etməkdədir.
Amerika hazırda koronavirusa düçar olmuş ölkələrin önündə gedir.
Hazırda Amerikada 124 min nəfərdən çox insan koronavirusa yoluxub, 2238 nəfər də vəfat edibdir.
Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə axşamı günü elan etdi ki, Amerika yaxın gələcəkdə ehtimal üzrə koronavirusun sirayət etməsi ocağına çevriləcəkdir.
Amerikada Donald Tramp hökumətinin koronavirus pandemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar yüksəlib və hətta bu ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edilibdir.
TRAMPIN COVID-19-LA ZƏİF MÜBARİZƏSİ TƏNQİD OLUNUR