Trampın Amerikada COVID-19-un artması barədəki əsaslandırması
-
Trampın Amerikada COVID-19-un artması barədəki əsaslandırması
ABŞ prezidenti bu ölkədə koronavirus qurbanlarının sayının artmasını belə əsaslandırıb ki, Amerikada koronavirusdan ölənlərin sayı əhalinin sayına nisbətən aşağıdır.
Donald Tramp dünən öz gündəlik mətbuat konfransında bu ölkədə koronavirusa yoluxanların və bu virusdan ölənlərin yüksək sayını əsaslandıraraq, deyib: Amerikada koronavirusdan irəli gələn ölümün sayı digər ölkələrlə müqayisədə və əhalinin sayını nəzərə almaqla aşağıdır.
Tramp həmçinin «Nyu-York Tayms» qəzetinin onun koronavirusun yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görmək sahəsindəki səhlənkarlığına dair reportajına cavabda deyib: Arzu edirəm ki, məğlub olmuş «Nyu-York Tayms»ı iflas səbəbindən qarşıdakı beş ilədək görməyəm. Bu qəzet mən və mənim xəbərim olmadan çoxdan bağlanmışdı.
«Nyu-York Tayms» qəzeti son zamanlar xəbər veribdir ki, Amerikanın ümumi səhiyyə rəsmiləri yanvar ayından koronavirus pandemiyası və onun aradan qaldırılması üçün sərt tədbirlərin görülməsi vacibliyi haqda xəbərdarlıq etmişdilər.
TRAMPIN ABŞ-DA COVID-19-UN ARTMASI HAQDA ƏSASLANDIRMASI