Quterreş ABŞ-ın hərəkətini tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i360551-quterreş_abŞ_ın_hərəkətini_tənqid_edib
BMT baş katibi deyib: Bu şəraitdə Ümumdünya Səhiyyə Təşkilatına və ya koronavirusla mübarizə aparan hər bir digər orqana maliyyə yardımı kəsilməməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2020 07:48 Asia/Baku
  • Quterreş ABŞ-ın hərəkətini tənqid edib

BMT baş katibi deyib: Bu şəraitdə Ümumdünya Səhiyyə Təşkilatına və ya koronavirusla mübarizə aparan hər bir digər orqana maliyyə yardımı kəsilməməlidir.

Antonio Quterreş sonra deyib: Ümumdünya Səhiyyə Təşkilatı himayə olunmalıdır, zira bu təşkilat koronavirusla döyüşdə beynəlxalq səylərin ön xəttində yerləşir.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatına yardımlarının kəsildiyini xəbər verərək, bildirdi ki, öz hökumətinə bu təşkilatın koronavirusun yayılması prosesinin ört-basdır edilməsində və onunla bağlı yarıtmaz idarəçilikdəki rolu barədə təhqiqat aparmağı tapşırıb.

ABŞ prezidenti bundan öncə də Ümumdünya Səhiyyə Təşkilatını Pekinin siyasətləri ilə bir istiqamətdə hərəkət etməkdə ittihamlandırmışdı. Çin rəsmiləri isə bu ittihamı təkzib etmişdilər.

QUTERREŞ ABŞ-IN HƏRƏKƏTİNİ TƏNQİD EDİB