Tramp: Amerika koronavirusun pik nöqtəsini arxada qoyub
-
Tramp: Amerika koronavirusun pik nöqtəsini arxada qoyub
ABŞ prezidenti bir daha iddia edib ki, Çində koronavirusdan irəli gələn ölüm hallarının sayı digər ölkələrdəkindən çoxdur. O, deyib: Çox sayda müsbət nişanələr mövcuddur və bu nişanələr göstərir ki, həmin virus Amerikada pik nöqtəsini arxada qoyubdur.
Donald Tramp gündəlik mətbuat konfransında yeni koronavirusun Amerikada yayılması haqda sonra belə deyib: Mediaların Amerikanın koronavirusa yoluxma və bu virusdan ölüm halları cəhətdən dünya ölkələrinin önündə getməsinə dair xəbərləri saxta və qeyri-düzgündür.
Tramp deyib ki, Çin koronavirusdan irəli gələn ölüm cəhətdən öndə gedir. O, bildirib ki, Amerikada ölüm sayı hətta Qərbi Avropa ölkələrindəki saydan belə qat-qat az olubdur.
Rəsmi statistikalara görə, indiyədək Amerikada 710 min 272 nəfər koronavirusa yoluxub. Bu miqdardan 37 min 175 nəfər həyatını itiribdir.
Məhz bu statisika koronavirusa yoluxma və bu virusdan ölüm halları cəhətdən Amerikanı dünya ölkələrinin önündə qərar veribdir.