Apr 21, 2020 13:42 Asia/Baku
  • Madaqaskar COVID-19-un dərmanını kəşf etdiyini iddia edib
    Madaqaskar COVID-19-un dərmanını kəşf etdiyini iddia edib

Madaqaskar prezidenti iddia edib ki, ölkəsi COVID-19-un müalicəsi üçün yerli dərman bitkilərinə əsaslanan bir dərman kəşf edibdir.

Madaqaskar prezidenti Andri Radzuelina dünən gecə İMRA(IMRA) Tətbiqi Tədqiqatlar İnstitutunda nazirlərin, xarici səfirlərin və müxbirlərin iştikrakı ilə keçrilən mərasimdə bildirib ki, ölkəsi COVID-19-un müalicəsi üçün yerli dərman bitkilərinə əsaslanan bir dərman kəşf edibdir.

Hazırlanmış dərmanın adı, «Orqaniks»dir. Bu dərman malyariya xəstəliyi qarşısında təsirli olmuş yovşan bitkisi ilə digər yerli bitkilərin qarışığından hazrlanıbdır.

İMRA Tətbiqi Tədqiqatlar İnstitutunun baş direktoru bu haqda belə deyib: Bu dərmandan profilaktik bir dərman kimi istifadə olunacaq. Hərçənd kliniki müşahidələr də onun COVID-19-un müalicəsi üçün bir növ təsirini göstəribdir.

Madaqaskar rəsmiləri dünən gecə tədricən bu ölkənin üç şəhərinə tətbiq olunmuş məhdudiyyəti götürüblər.

Madaqaskarın rəsmi məlumatına görə, indiyədək bu ölkədə 121 nəfər koronavirusa yoluxubdur ki, onlardan 39-u sağalıb və heç bir xəstə indiyədək COVID-19-dan həyatını itirməyibdir.

MADAQASKAR COVID-19-UN DƏRMANINI KƏŞF ETDİYİNİ İDDİA EDİB

Teqlər