Apr 25, 2020 15:54 Asia/Baku
  • İtaliyada son COVID-19 göstəricisi: 192994 yoluxma - 25969 ölüm

İtaliya hökuməti dünən gecə bildirib ki, ötən sukta ərzində koronavirus infeksiyasından daha 420 italyanın ölümü ilə İtaliyada bu virusdan ölənlərin sayı 25 min 969 nəfərə çatıb.

İtaliya hökuməti həmçinin ötən sukta ərzində bu ölkədə 3021 nəfər koronavirusa yoluxduğunu bildirib. Qeyd edib ki, indiyədək İtaliyada 192 min 994 nəfər koronavirusa yoluxub.

İtaliya hazırda koronavirusdan ölüm sayı cəhətdən Avropa ölkələri arsında ən yüksək göstəriciyə malikdir.

İtaliyanın baş naziri Cüzeppe Konte bu ölkədə koronavirusa yoluxanların sayının artmasına görə, martın onunda həmin 60 milyon nəfərlik ölkəni karantinə almaq qərarına gəldi.

Son statistikalara görə, indiyədək dünyada iki milyon 804 nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan təqribən 776 min nəfər sağalıb, azı 195 min nəfər  isə həyatını itiribdir.

İTALİYADA COVID-19 YOLUXMASI VƏ TƏLƏFATI YÜKSƏKDİR

Teqlər