Apr 29, 2020 10:21 Asia/Baku
  • İngiltərənin neft və qaz sənayesində 30 min iş yeri itəcək

İngiltərə mediaları bildiriblər ki, koronavirusun bu ölkədə yayılmasından sonra İngiltərənin neft və qaz sənayesində 30 min iş yeri itəcək.

İngiltərənin neft və qaz sənayesi şirkəti bildirib ki, ola bilsin cari ildə və koronavirusun bu ölkədə yayılmasından sonra 30 min iş yeri itəcək. Həmçinin belə deyilibdir ki, neft sahəsində yaranmış kəskin qiymət azalması bu sənayeyə və İngiltərə iqtisadiyyatına ağır zərbə vuracaq.

İngiltərənin neft və qaz sənayesi şirkəti

dünən yaydığı açıqlamada vurğulayıb ki, neft və qaz bazarı sahəsindəki perspektiv ötən iki ay ilə müqayiəsədə olduqca məyusedicidir.

Qeyd edək ki, koronavirus sayəsində beynəlxalq neft tələbi olduqca azalıbdır. Brent nefti ilin əvvəlindən bəri 70%-dən çox qiymət azalmasına düçar olub.

Belə bir halda, İngiltərə hava yolları şirkəti də koronavirusdan irəli gələn pis iqtisadi vəziyyətə görə, 12 min işçisini azaltmaq niyyətindədir.

Koronavirus pandemiyası ilə bağlı son statistikalara görə, İngiltərənin səhiyyə nazirliyi bildiribdir ki, son sutka ərzində bu ölkədə koronavirusa yoluxmuş 586 nəfər vəfat edib. Beləliklə bu ölkədə həmin virusdan ölənlərin sayı 21 min 678 nəfərə çatıb.

İNGİLTƏRƏ NEFT VƏ QAZ SƏNAYESİNDƏ 30 MİN İŞ YERİ İTƏCƏK

 

Teqlər