Qaşıqçının nişanlısı Bin Salmanın durdurulmasına çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i361147-qaşıqçının_nişanlısı_bin_salmanın_durdurulmasına_çağırıb
Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın İngiltərənin “Nyukasl Yunayted” futbol klubunu almaq fəaliyyətlərinə qarşı etirazlara Camal Qaşıqçının nişanlısıda qatılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2020 10:50 Asia/Baku
  • Qaşıqçının nişanlısı Bin Salmanın durdurulmasına çağırıb

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın İngiltərənin “Nyukasl Yunayted” futbol klubunu almaq fəaliyyətlərinə qarşı etirazlara Camal Qaşıqçının nişanlısıda qatılıb.

Teleqraf.com-un verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı İnvestisiya Fondunun klubun alınması üçün 350 milyon funt-sterlinq təklif irəli sürməsindən sonra başlayan müzakirələrə Türkiyədə qətlə yetirilən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz də qatılıb.

Beynəlxalq Əfv Təşkilatından sonra Xədicə Çingiz də məkub yazaraq, İngiltərənin aidiyyəti qurumlarından satışın dayandırılmasını istəyib.

O, məktubunda şahzadə Salmanın Qaşıqçı cinayətindəki rolunu ört-basdır etmək və adını təmizə çıxarmaq üçün Premyer Liqadan istifadə etməyə çalışdığını yazıb.Salmanın beynəlxalq məhkəmədən qaçmaq üçün “Nyukasl Yunayted”i satın almaq istədiyini qeyd edən Xədicə Çingiz məktubunda “Futbol cinayətin ört-basdır edilməsində bir vasitə olmamalıdır” ifadəsinə yer verib:

“İngilis hökuməti və Premyer Liqa rəsmiləri klubun şahzadə Salmana satılmasını dayandırmalıdır. Camal Qaşıqçının qətlindən sonra nüfuzu sarsılan Salman beynəlxalq idmandan itirilmiş imicini bərpa etmək üçün istifadə edir. Beynəlxalq hüquq, CIA və BMT də daxil olmaqla, hər kəs Qaşıqçının Salman tərəfindən öldürüldüyünü bilir”.

Əlavə edək ki, səudiyyəli jurnalist Camal Qaşıqçı 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda dəhşətli şəkildə qətlə yetirildi.