ABŞ-ın birtərəfli sanksiyaları insanların həyatlarının xilasına mane olur
Rusiya xarici işlər nazirliyinin sözçüsü ABŞ-ın birtərəfli sanksiyalarını dünya ictimaiyyətinin koronavirusla mübarizə yolu qarşısında böyük bir maneə adlandırıb. Vurğulayıb ki, hazırkı təhlükəli şəraitdə bu sanksiyalar tez bir zamanda ləğv olunmalıdır.
ABŞ-ın birtərəfli sanksiyalarını tənqid edən Mariya Zaxarova deyib ki, bu sanksiyalar ölkələrin koronavirusla təsirli mübarizələrinə və insanların həyatlarının xilas edilməsinə mane olur.
Zaxarova sonra belə qeyd edib: Rusiya hazırkı həssas şəraitdə ticarət savaşlarının və sanksiyaların olmadığı yaşıl bir koridor yaratmaq istəyir.
Rusiya, Çin, Suriya, Kuba, Şimali Koreya, İran, Nikaraqua və Venesuelanın BMT-dəki nümayəndələri son zamanlar BMT-nin baş katibi Antonio Quterreşə məktubda koronavirusla mübarizə istiqamətində Amerikanın sanksiyalarının aradan götürülməsi vacibliyi haqda xəbərdarlıq etdilər.
Əsas mallara və hətta dərman və tibb ləvazimatlarına şamil olan Vaşinqtonun birtərəfli və zalımcasına sanksiyaları Amerikanın sanksiyaları altında olan ölkələrin xalqları, xüsusən koronavirus xəstələri üçün bir çox problemin yaranmasına bais olubdur.