10 Avropa ölkəsi sionist rejimin yeni işğalçıığına etiraz edib
10 Avropa ölkəsinin səfirləri qərb sahilinin işğal olunmuş ərazilərə qatılmasının nəticələri haqda sionist rejimə xəbərdarlıq ediblər.
10 Avropa ölkəsinin səfirləri İngiltərənin təşəbbüsü ilə dünən sionist rejimin xarici işlər nazirliyinə nota göndərərək, xəbərdarlıq ediblər ki, qərb sahilinin hər bir hissəsinin bu rejimiin işğalı altında olan bölmələrə qatılması beynəlxalq qanunların aşkarcasına pozulması sayılır və regionun stabilliyi üçün ciddi nəticələrə gətirib çıxaracaqdır.
Səfirlər bu barədə keçirdikləri iclasda deyiblər ki, sionist rejimin koalisiya kabinetinin razılaşmasının qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə qatılmasına dair bir hissəsinin icrasından nigarandırlar.
Baş nazir Benyamin Netanyahu və «Mavi və Ağ» partiyasının seçki koalisiyasının sədri Beni Qants son zamanlar bir razılaşma imzalayıblar ki, ona əsasən, İordan dərəsinin və qərb sahilindəki bütün sionist qəsəbələrin bu rejimin işğalı və hakimiyyəti altında olan ərazilərə qatılması ola bilsin, tezliklə sionist rejim parlamentində səsə qoyulmuş olsun.
Fələstinli qruplar sionist rejimin bu işğalçılığının sionistlər üçün olacaq təhlükəsizlik nəticələri haqda xəbərdarlıq ediblər.
Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas da Amerikaya və sionist rejimə xəbərdarlıq edibdir ki, əgər Fələstin ərazilərindən yeni bölmələr işğal olunmuş ərazilərə qatılarsa, bütün müqavilələr ləğv ediləcəkdir.
10 AVROPA ÖLKƏSİ SİONİST REJİMİN YENİ QƏSBKARLIĞINA QARŞI ÇIXIB