Rusiyada daha 10 633 nəfərdə koronavirus aşkarlanıb, 58 nəfər ölüb
May 03, 2020 09:17 Asia/Baku
Rusiyada son sutkada 10 633 nəfərin koronavirusa yoluxduğu məlum olub.
APA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.
Beləliklə, Rusiyada COVID-19-a yoluxanların sayı 134 687 nəfərə çatıb. Ölkədə bir gündə virusdan ölənlərin sayı 58 nəfər olub. Ümumilikdə ölənlərin sayı 1 280-ə yüksəlib.
Teqlər