May 05, 2020 09:42 Asia/Baku
  • ABŞ İranın raket hücumunda zərər çəkmiş qüvvələrə şücaət medalı verib

Amerika ordusu İranın İraqdakı Əynuləsəd hava bazasına qarşı raket hücumunda zərər çəkmiş qüvvələrindən 29 nəfərə şücaət medalı veribdir.

İranın İraqdakı Əynuləsəd hava bazasına qarşı raket hücumunda beyin travması almış amerikalı qüvvələrdən altı nəfər şücaət medalı alıbdır. Digər 23 əsgər də bu medala layiq görülüb. Onlar bu həftə həmin medalı alacaqlar.

ABŞ rəsmiləri, o sıradan prezident Donald Tramp, müdafiə naziri Mark Esper və dövlət katibi Mayk Pompeo İranın İraqdakı Əynuləsəd hava bazasına qarşı raket hücumundan sonra iddia etmişdilər ki, bu hücumda heç bir amerikalı ölməyib və yaralanmayıbdır.

Bu hücumdan irəli gələn ziyanlarla bağlı rəqəmlərin elan olunmasında etaplı siyasət yeridən Pentaqon sonda zərər çəkmiş şəxslərin sayını 110 nəfər elan etdi.

Bir çox dəyərləndirmələr ondan xəbər verir ki, İranın raket intiqamı bir qrup amerikalı hərbçinin ölümü ilə nəticələnib, amma Amerika hökuməti hələ bu məsələni etiraf etmək niyyətində deyildir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah Amerika hökumətinin Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymanini terror etmək üzrə hərəkətinə cavab olaraq, bu il yanvarın 8-də səhər tezdən onlarla ədəd raketlə Amerikanın İraqın Ələnbar vilayətində yerləşən Əynuləsəd bazasını hədəfə aldı.

General-leytenant pasdar Qasem Soleymani və onunla yanaşı olan bir neçə nəfər bu il yanvarın üçündə təcavüzkar və terrorçu amerikalı qüvvələrin hava hücumunda İraqın paytaxtı Bağdaddakı hava limanının yaxınlığında şəhid edildilər.

 

Teqlər