Trampın müşaviri onun koronavirusla bağlı dediklərini təkzib etdi
https://azeri.sahartv.ir/news/dünya-i361425-trampın_müşaviri_onun_koronavirusla_bağlı_dediklərini_təkzib_etdi
Amerika prezidenti Donald Trampın tibbi məsələlər üzrə məsləhətçisi Entoni Favçi koronavirusun Uhandakı laboratoriyadan yayılması iddialarını rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2020 08:07 Asia/Baku
  • Trampın müşaviri onun koronavirusla bağlı dediklərini təkzib etdi

Amerika prezidenti Donald Trampın tibbi məsələlər üzrə məsləhətçisi Entoni Favçi koronavirusun Uhandakı laboratoriyadan yayılması iddialarını rədd edib.

Mediaya verdiyi müsahibədə Favçi bildirib ki, virusun təkamülünə və hazırda baş verənlərə elmi sübutlarla baxsanız, virusun süni şəkildə yaradıla və ya idarə edilə bilməyəcəyinin mümkün olmadığı görünür.

  Qeyd edək ki, Donald Trampın başçılıq etdiyi ABŞ hökuməti pandemiyanın yayılmasında Çini günahlandırmağa çalışır. Lakin bu fərziyyə Ümumdünya Səhiyyə Təşkilatı, elmi ictimaiyyət və hətta ABŞ hökumətinin özü tərəfindən rədd edilib.

TRAMPIN MÜŞAVİRİ ONUN COVİD-19-LA BAĞLI SÖZLƏRİNİ TƏKZİB EDİB