Tramp konqresin qərarını veto edib
ABŞ prezidenti Donald Tramp cümə axşamı günü səhər onun İrana qarşı hərbi hərəkət üzrə ixtiyarlarının azaldılmasını istəyən bu ölkə konqresinin qərarını veto edib.
Hazırda bu qətnamə qanuna çevrilmək üçün prezidentin imzasına ehtiyac duymadan konqresin üçdə iki səsinə ehtiyaclıdır.
ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi aprelin 14-də, bu ölkə prezidentinin mart ayında nümayəndələr palatasında qəbul olunmuş İrana qarşı hərbi ixtiyarlarını azaldan qətnaməni imzalamışdı.
Trampın general Soleymaninin və silahdaşlarının namərdcəsinə şəhid edilmələrindən sonra İrana qarşı militarist təhdidləri Amerika konqresində böyük nigarançılığa yol açıbdır. Buna görə, konqresin demokratları Trampın İranla savaş sahəsindəki ixtiyarlarını məhdudlaşdırmaq fikrinə düşdülər.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymani İraqın xalq səfərbər qüvvələri- Həşduşşəbi-nin rəis müavini Əbu-Məhdi Əlmuhəndis və digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın 3-də amerikalı terrorçuların Bağdad hava limanının yaxınlığına qarşı hava hücumunda şəhid oldu.
TRAMP KONQRESİN QƏRARINI VETO ETDİ