May 07, 2020 07:19 Asia/Baku
  • Tramp: Koronavirus Pörl-Harbor və 11 sentyabr hücumlarından daha pis oldu

ABŞ prezidenti Donald Tramp deyib ki, koronavirus ABŞ üçün Pörl-Harbor limanına qarşı hücumdan və 2001-ci ilin 11 sentyabrında Vaşinqton və Nyu-York şəhərlərinə qarşı hücumlardan daha pisdir.

Tramp Ağ Ev-də keçirilən mətbuat konfransında deyib: Biz ölkəmizə edilmiş ən pis hücumları arxada qoymuşuq. Amma bu dəfə bu hücum indiyədək kimi olmuş hücumlardan daha pisdir.

Tramp söyləyib: Bu hücum Pörl-Harbora hücumdan pis oldu. Bu hücum Ümumdünya Ticarət Mərkəzinə hücumdan pis oldu.

Yaponiya 1941-ci ildə ABŞ dəniz qüvvələrinin Havay adalarında yerləşən Pörl-Harbor bazasına hücum etdi. Bu da Amerikanın 2-ci dünya müharibəsinə daxil olmasına bais oldu.

2001-ci ilin 11 sentyabrında Vaşinqton və Nyu-York şəhərlərinə qarşı hücumlar da üç minə yaxın insanın ölümünə və buna görə, Amerikanın Əfqanıstan və İraqa qoşun yeridərək, təqribən 20 il bu ölkələrdə müharibə aparmasına səbəb oldu.

Hazırda bir milyon 252 mndən çox amerikalı koronavirusa yoluxub və onlardan 73 min 791 nəfər həyatını itiribdir.

Tramp hökuməti COVID-19 böhranını pis idarə etdiyinə görə, kəskin şəkildə tənqid edilir.

COVID-19 PÖRL-HARBOR VƏ 11 SENTYABR HÜCUMLARINDAN PİS OLDU

Teqlər