May 07, 2020 07:43 Asia/Baku
  • Koronavirus Aİ-də nadir durğunluğa səbəb olub

Avropa Komissiyası ilk rəsmi iqtisadi dəyərləndirməsində koronavirus pandemiyasına görə, tarixi miqyasda bir durğunluq proqnoz edib.

Avropa Komissiyası dünən cari ilin ilk rübünün dəyərləndirməsində bildirib ki, cari ildə bu birliyə üzv olan 27 ölkənin iqtisadiyyatı 5 faizdən 7 faizədək kiçiləcəkdir.

Bu məlumata əsasən, həmçinin avronu işlək pul kimi qəbul etmiş 19 Avropa Birliyi ölkəsinin iqtisadiyyatı təqribən 8 faizlik bir tənəzzülə malik olacaq.

Avropa Komissiyası öz dəyərləndirməsində sonra belə qeyd edib: Bu pandemiya istehlakçının xərcinə, sənaye istehsalına, investisiyaya, ticarət əlaqələrinə, sərmayə cərəyanı və «təqdim» halqasına, eləcə də peşələrə ziyan vurubdur.

Avropa Birliyinin iqtisadi komissarı Paulo Centiloni deyib: Avropa Birliyi öz tarixində ən dərin iqtisadi durğunluğa daxil olub və koronavirus pandemiyası ilə bu orqana üzv ölkələrdəki iqtisadi fəaliyyətlər qəfil şəkildə üçdə birə qədər azalıbdır.

Bütövlükdə Avropa Birliyi ölkələri arasında bu virusda ən kəskin zərərlər çəkmiş İtaliya və İspaniyanın və onlardan bir az, az da Fransanın iqtisadiyyatları maksimum ziyan çəkəcəklər.

Bu arada bu virus qarşısında çox tələfat verməyən Yunanıstanın iqtisadiyyatı isə bundan öncə borclar böhranına görə böyük zərərlər çəkdiyinə və turizmdən çox asılı olduğuna görə, Avropada iqtisadi ziyan çəkənlər siyahısının ön sırasında durur.

COVID-19 Aİ-DƏ NADİR DURĞUNLUĞA BAİS OLUB

Teqlər