Co Bayden sionost rejimə qarşı çıxdı
Co Bayden: “İsrail rejiminə İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verilməməlidir”
ABŞ prezident seçkilərində Demokrat Partiyanın namizədi Co Bayden bildirib ki, İsrail rejiminə İordan çayının qərb sahilindəki bəzi bölgələri ilhaq etməsinə icazə verilməməlidir.
SəhərAzəri Parstday-a istinadən xəbər verir ki, Bayden “The Jewish Telegraphic” agentliyinə verdiyi açıqlamasında, Tramp adminstrasiyası səlahiyyətlilərinin Vaşinqtonun İsrail rejiminin İordan çayının qərb sahilində böyük bir ərazi üzərində hakimiyyətini tanımağa hazırlaşdığına dair açıqlamalarına reaksiya göstərərək, bu məsələnin qarşısı alınmalı olduğunu bildirib.
Bayden Ağ Evə gələcəyi təqdirdə Fələstin Qurtuluş Təşkilatının nümayəndəliyini Vaşinqtonda yenidən açacağını və Tramp rəhbərliyinin kəsdiyi fələstinlilərin hərbi və iqtisadi yardımlarına yenidən başlayacağını qeyd edib.
İsrail rejiminin baş naziri Benyamin Netanyahu və Mavi-Ağ İttifaqının sədri Benni Qantz koalisiya mövzusunda əldə etdikləri razılaşma əsasında, iyul ayından etibarən İordan çayının qərb sahilindəki bəzi bölgələrin ilhaqına başlayacağını bildirmişdilər.