May 11, 2020 18:41 Asia/Baku
  • Moskvada son 10 ilin rekord ölüm faizi qeydə alındı

Statistikaya görə, 2020-ci ilin aprel ayında Rusiya paytaxt;nda 11 846 ölüm hadisəsi qeydə alınıb.

Rusiyanın paytaxtı Moskvada aprel ayında son onilliyin rekord ölüm faizi qeydə alınıb.

SəhərAzəri-in məlumatına görə, bu barədə məlumat Moskva meriyasının bilgi bazasında yer alıb. Xəbəri “Report” “The Moscow Times” qəzetinə istinadən yaymışdır.

Statistikaya görə, 2020-ci ilin aprel ayında paytaxtda 11 846 ölüm hadisəsi qeydə alınıb. Bu, 2010-cu ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.

Müqayisə üçün, ötən ilin eyni dövründə 10 005 ölüm qeydə alınmışdı. Beləliklə, ölüm səviyyəsi keçən ilə nisbətən 15,5% artıb.

Bundan başqa, 2010-cu ildən 2019-cu ilədək aprel ayında qeydə alınmış ölüm hallarının orta sayı 9 866 nəfər təşkil edib. Bu, 2020-ci ilin aprel ayında qeydə alınmış ölüm hadisələrindən 20% azdır.

Qeyd edək ki, son məlumata görə, Moskvada pandemiya qurbanlarının sayı 1 124 nəfərdir. Son sutkada isə bu rəqəm 56 nəfər təşkil edib. Paytaxtda indiyədək 115 909 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu göstəriciyə görə şəhər Çin və İranı qabaqlayır. 

Teqlər