AB-də sionist rejimin son fitnəsi barədə fikir ayrılığı var
https://azeri.sahartv.ir/news/dünya-i361704-ab_də_sionist_rejimin_son_fitnəsi_barədə_fikir_ayrılığı_var
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel dünən bir mətbuat konfransında deyib ki, bu birliyə üzv ölkələr sionist rejimin qərb sahilindən bəz hissələri işğal olunmuş ərazilərə qatmaq planı haqda fikir ayrılığına malikdirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2020 03:39 Asia/Baku
  • AB-də sionist rejimin son fitnəsi barədə fikir ayrılığı var

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel dünən bir mətbuat konfransında deyib ki, bu birliyə üzv ölkələr sionist rejimin qərb sahilindən bəz hissələri işğal olunmuş ərazilərə qatmaq planı haqda fikir ayrılığına malikdirlər.

SaharAzeri-nin verdiyi məlumata görə, Avropa Birliyi də bazar ertəsi günü qərb sahilindən bəz hissələrin işğal olunmuş ərazilərə qatılmasının nəticələri barədə sionist rejimə xəbərdarlıq edibdir.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali şurasının sözçüsü Peter Stano deyib ki, birliyə üzv ölkələr arasında, ittifaqın tədbirlərinin mahiyyəti və miqdarı barədə bəhslər gedir, amma sionist rejimin qərb sahilindən bəz hissələri işğal olunmuş ərazilərə qatacağı halda, bu məsələ cavabsız qalmayacaqdır.

Sionist rejimin baş naziri Benyamin Netanyahu və «Mavi və Ağ» partiyasının sədri Benni Qants aprelin 20-də əhatəli bir hökumətin təşkili barədə razılığa gəldilər. Onların razılaşdıqları hallardan biri də İordan dərəsinin və qərb sahilindəki sionist qəsəbələrin iyul ayından işğal olunmuş ərazilərə qatılmasıdır.

Sionist rejimin bu qərarı BMT-nin və dünya ictimaiyyətinin, o sıradan fələstinli qrupların reaksiyaları ilə üzləşibdir.

AB-DƏ SİONİST REJİMİN SON FİTNƏSİLƏ BAĞLI FİKİR AYRILIĞI VAR