ABŞ və Rusiya arasında yeni gərginlik
https://azeri.sahartv.ir/news/dünya-i361728-abŞ_və_rusiya_arasında_yeni_gərginlik
ABŞ koronavirusla mübarizə çərçivəsində Rusiyadan aldığı süni tənəffüs aparatlarını geri qaytarmaq qərarı alıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2020 13:56 Asia/Baku
  • ABŞ və Rusiya arasında yeni gərginlik

ABŞ koronavirusla mübarizə çərçivəsində Rusiyadan aldığı süni tənəffüs aparatlarını geri qaytarmaq qərarı alıb

SəhərAzəei xarici mənbələrə istinadən bildirir, buna səbəb kimi aparatlardakı texniki nasazlıqdan dolayı Rusiyada xəstəxanada yanğın baş verməsi göstərilib.

Federal Fövqəladə İdarəetmə Agentliyinin sözçüsü Canet Montesi Rusiyadakı yanğınlardan sonra aparatların təhlükəsizliyi məsələsində ehtiyatla davrandıqlarını, bu səbəbdən aparatları geri göndərəcəklərini açıqlayıb.

Rusiya tərəfi isə cihazların ABŞ-a göndərilmədən öncə ciddi yoxlanışdan keçirildiyini bildirib.

Qeyd edək ki, ötən həftə Sankt-Peterburq və Moskvadakı iki xəstəxanada süni tənəffüs cihazındakı texniki nasazlıq səbəbindən baş verən yanğınlar zamanı 6 xəstə ölüb.