Amerika qitəsində COVID-19-a yoluxma hallarının sayı Avropanı ötdü
https://azeri.sahartv.ir/news/dünya-i361731-amerika_qitəsində_covid_19_a_yoluxma_hallarının_sayı_avropanı_ötdü
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünyada koronavirusa yoluxanların sayının 4 170 424 nəfərə çatdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2020 22:47 Asia/Baku
  • Amerika qitəsində COVID-19-a yoluxma hallarının sayı Avropanı ötdü

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünyada koronavirusa yoluxanların sayının 4 170 424 nəfərə çatdığını bildirib.

SəhərAzəri Təşkilatın verdiyi məlumata əsasən bildirir, son bir gün ərzində dünyada koronavirusa daha 81 577 yoluxma qeydə alınıb, COVID-19-dan ölənlərin sayı 287 399 nəfərdir. Son bir gün COVID-19-dan ölənlərin sayı daha 4 245 nəfər artıb.

Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb. 

Köhnə qitədə yeni virus 1 780 316 nəfərdə aşkarlansa da, Amerika qitəsində bu rəqəm 1 781 564 nəfər təşkil edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.