May 15, 2020 11:51 Asia/Baku
  • Amerika İrana qarşı silah sanksiyalarını uzada bilməz

Çinin BMT-dəki daimi nümayəndəliyi cümə axşamı günü vurğulayıb ki, Amerika BMT Təhlükəsizlik Şurasının İrana qarşı silah sanksiyalarını uzada bilməz.

SaharAzeri xəbər verir:Çinin BMT-dəki daimi nümayəndəliyi tvitter-də vurğulayıb ki, Amerika nüvə anlaşmasından çıxmaqla BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi altındakı öhdəliklərini pozubdur. O, bildirib ki, Amerikanın İrana qarşı silah sanksiyalarını uzatmağa heç bir haqqı yoxdur. Belə bir halda, o, sanksiyaların avtomatik şəkildə geri dönməsi mexanizmini əsla işə sala bilməz.

Çinin BMT-dəki daimi nümayəndəliyi sonda bildirib ki, nüvə anlaşmasının qorunması irəliyə doğru hərəkət üçün mümkün olan yeganə yoldur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da dünən bir daha vurğulayıbdır ki, Amerika BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsindən İrana qarşı silah sanksiyalarını uzatmaq üçün istifadə edə bilməz.

Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin bir hissəsi olan BMT-nin İrana qarşı silah sanksiyalarının ləğv edilməsi vaxtının yaxınlaşması ilə amerikalılar bu sanksiyaların bitməsinin qarşısını almaq üçün öz səylərini ikiqat artırıblar.

Amerika hökuməti son zamanlar Təhlükəsizlik Şurasının bəzi üzvləri arasında bir qətnamə layihəsi paylayıbdır. O, bu layihədə BMT-nin İrana qarşı silah sanksiyalarının uzadılmasını istəyir. Bununla belə, bu qətnamənin qəbul edilməsi Təhlükəsizlik Şurasının 9 üzvünün razılığı və Rusiya və Çin tərəfindən veto edilməməsindən asılıdır.

ABŞ İRANA QARŞI SİLAH SANKSİYALARINI UZADA BİLMƏZ

Teqlər