Rusiyada koronavirusa yoluxanların sayı 270 mini ötüb
https://azeri.sahartv.ir/news/dünya-i361828-rusiyada_koronavirusa_yoluxanların_sayı_270_mini_ötüb
Rusiyada son sutka ərzində daha 9200 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2020 07:17 Asia/Baku
  • Rusiyada koronavirusa yoluxanların sayı 270 mini ötüb

Rusiyada son sutka ərzində daha 9200 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

SəhərAzəri APA-a istinadən xəbər verir, Rusiya Federasiyası Operativ Qərargahının verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 272 043 nəfərə çatıb.

Son sutka ərzində 119 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2537 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 63 166 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ-dan sonra ikinci yerdə gəlir.