May 16, 2020 10:50 Asia/Baku
  • Amerikalı həkim ABŞ səhiyyə sisteminin nöqsanlarından danışdı

Koronavirusun yayılması ilə bağlı vəziyyət ABŞ-ın səhiyyə sistemindəki üç böyük problemi meydana çıxarıb.

SəhərAzəri-in məlumatına görə, Bu barədə Raşa Tudey(Russia today) telekanalına verdiyi müsahibədə 17 illik təcrübəsi olan amerikalı pediatr Marqaret Flauers bildirib.

Amerikalı həkim qeyd edib ki,  ABŞ-da ümumi səhiyyə sistemi yoxdur və on milyonlarla insan tibbi sığorta olmadan yaşayır. İkincisi, ölkədə mərkəzləşdirilmiş səhiyyə sistemimiz yoxdur. Və üçüncüsü, səhiyyə sistemi insanlara yardım etməkdən çox, onlardan qazanc əldə etmək məqsədi güdür.

Flauers əlavə edib: "Sağlam düşüncəyə əsaslansaq, dərhal testləşdirmə təşkil edilməli və tibbi personal bütün zəruri vasitələrlə təmin edilməlidir. Bunun əvəzinə bir neçə korporasiya öz aralarında "bu vəziyyətdən necə daha çox mənfəət əldə etmək olar" yarışı keçirir.

Son məlumatlara görə, ABŞ-da COVİD-19 koronavirus infeksiyası aşkar edilən xəstələrin sayı 1,4 milyon nəfəri ötüb, 89 mindən çox insan dünyasını dəyişib.

Teqlər