Rusiyada bir gündə 10 minə yaxın yoluxma qeydə alınıb
https://azeri.sahartv.ir/news/dünya-i361884-rusiyada_bir_gündə_10_minə_yaxın_yoluxma_qeydə_alınıb
Rusiya Federasiyasında son bir gündə koronavirusa 9 709 yoluxma qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2020 08:15 Asia/Baku
  • Rusiyada bir gündə 10 minə yaxın yoluxma qeydə alınıb

Rusiya Federasiyasında son bir gündə koronavirusa 9 709 yoluxma qeydə alınıb.

SəhərAzəri “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, mayın 1-dən etibarən ardıcıl iki gündür ölkədə koronavirusa gün ərzində 10 minə yaxın yoluxma qeydə alınıb.

Bununla da Rusiya Federasiyasının bütün regionlarında koronavirusa yoluxanların sayı 281 752 nəfərə çatıb. 

Məlumata görə, birgünlük yoluxma artımı 3,6% təşkil edib. Ötən gün bu rəqəm 3,5% olub.