Rusiyada koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır
https://azeri.sahartv.ir/news/dünya-i361943-rusiyada_koronavirusa_yoluxanların_sayı_300_minə_yaxınlaşır
Rusiyada son sutka ərzində daha 9263 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 19, 2020 07:59 Asia/Baku
  • Rusiyada koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır

Rusiyada son sutka ərzində daha 9263 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

SaharAzeri APA-ya istinadla bildirir: Rusiyada COVID-19-a yoluxanların sayı 299 941 nəfərə çatıb.

Son sutka ərzində 115 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2837 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 76 130 nəfərdir.

Məlumatda o da bildirilir ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ-dan sonra ikinci yerdə gəlir.